“Hürkuş” NATO ölkələrin ordularında istifadə ediləcək

Türkiyədə yerli imkanlarla istehsal edilən “Hürkuş” təlim təyyarəsi NATO üzvü  ölkələrin ordularında istifadə oluna biləcək.

1732591
“Hürkuş” NATO ölkələrin ordularında istifadə ediləcək

Müdafiə Sənayesi Rəhbərliyinin sədri Dəmir Türkiyə Radio və Televiziya Qurumuna(TRT)  bu barədə  açıqlama verib. Dəmir:  “Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənən  Hürkuş NATO-da istifadə edilə biləcək. Təyyarənin ixrac ediləcəyi ölkələr də  müəyyənləşib. 5-ci nəsil Milli Döyüş Təyyarəsinin də  ən qısa zamanda həyata keçirilməsi üçün  lazımlı  səyi  edirik. Son illərdəki fəaliyyətimizlə təcrübəli insan resurslarımız və mühəndislərimiz artıb. Bir çox  ölkə  beli bir layihəyə  sahib  deyil. 2025-ci ildə  ilk uçuşumuzu həyata  keçirmək  istəyirik”. 



Әlaqәli Xәbәrlәr