Prezident Ərdoğan: “Atatürkün xatirəsini yad etmək onun mübarizəsini düzgün anlamaqdır”

Prezident Rəcəb Tayyib Ərdoğan: “Atatürk, mübarizəsinin izləri təhlil edilərək, arxasındakı səbəblər düzgün müəyyənləşdirərək idrak edilə bilər”.

1732034
Prezident Ərdoğan: “Atatürkün xatirəsini yad etmək onun mübarizəsini düzgün anlamaqdır”

Prezident Ərdoğan, Paytaxt Ankarada Dil və Tarix Ali Qurumunun Prezident Simfonik Orkestrinin köhnə Konsert Salonunda təşkil etdiyi “Atatürkün xatirəsini yad etmək”, Mərasimi”ndə çıxış edib.

Böyük və qüdrətli Türkiyənin qurulmasında əməyi olan hər kəsə minnətdar olduqlarını ifadə edən prezident Ərdoğan əsas məqsədlərinin Respublikamızın yaranmasının 100-cü ildönümündə (2023) Türkiyəni əcdadlarının irsinə layiq, millətin arzuları ilə uyğunlaşan səviyyəyə qaldırmaq, təhsildən səhiyyəyə, təhlükəsizlikdən texnologiyaya qədər hər sahədə möhkəm infrastruktur üzərində siyasi və iqtisadi gücə qovuşmuş, dünyanın birinci liqasına daxil olmuş mövqeyə qovuşdurmaq, Respublikanı yaşatmaq və yeni xidmətlərlə inkişaf etdirmək olduğunu, bunun üçün lazımlı addımların əzm və qərarlılıqla atıldığını vurğulayıb. Prezident: “Bu gün toplandığımız bu Prezident Simfonik Orkestrinin köhnə binası və bunun yanındakı yeni bina bu anlayışımızın konkret nümunəsi hesab edilir. İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzinin köhnə və yeni binaları da ölkəmizin inkişafının digər simvoludur. Əlbəttə ki, Atatürkün xatirəsini yad etmək vacibdir, lakin əsas məsələ onu mübarizəsinin izləri istiqamətində addımlayaraq, arxasında dayanan səbəbləri düzgün müəyyənləşdirərək yad etməkdir. Milli iradənin üstünlüyü üzərində qurulan yeni dövlətimizin axtarışlara və çətinliklərə baxmayaraq, 2000 illik dövlət xəttimizin davamı olduğu unudulmayıb”.



Әlaqәli Xәbәrlәr