Prezident Ərdoğan “Türkiyə 2023 Yığıncağına” videomüraciət ünvanlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan ilin sonuna qədər iki iqtisadi artımın 10%-i ötəcəyini bildirib və Türkiyəni istehsal, ixrac, investisiya və məşğulluq əsasında yüksəltməyə davam edəcəklərini vurğulayıb.

1729286
Prezident Ərdoğan “Türkiyə 2023 Yığıncağına” videomüraciət ünvanlayıb

Prezident Ərdoğan Turkuvaz Medianın təşkil etdiyi “Türkiyə 2023 zirvə toplantısı”na ünvanladığı videomüraciətində bu barədə danışıb.

Ümumdünyada çox ağrılı keçən 2 ildən sonra yeni növ koronavirus (Covid-19) epidemiyası əleyhinə mübarizənin daha ümidli şəkildə davam etdirildiyini ifadə edən prezident Ərdoğan, başda səhiyyə, nəqliyyat, təhsil və ticarət olmaqla çox sahədə mərhələli normallaşma addımlarının atıldığına diqqət çəkib. Vaksinasiya və müalicə üsullarında qazanılacaq mövqedən asılı olaraq sonrakı prosesin çox sürətlə inkişaf edəcəyinə inandıqlarını ifadə edən Ərdoğan: “Lakin bəşəriyyət epidemiyanın sağlamlıq ölçüsü ilə əlaqəli məsələləri həll etdikcə, bu dəfə də epidemiya səbəbi ilə ortaya çıxan fərqli problemlərlə üzləşir. Qlobal inflyasiya, iqtisadi tənəzzül, tədarük zəncirlərinin pozulması kimi problemlər, xüsusilə Qərb ölkələrində irqçilik, islamafobiya və ksenofobiyanın artmasına səbəb olur. Türkiyə bu təhdidlər qarşısında öz prioritetləri, öz maraqları və məqsədləri çərçivəsində lazımlı qərarlar qəbul edir və bunları həyata keçirir. Dövlətin verdiyi maliyyə dəstək və təşviqlərlə yeni fabriklərin yaradılmasına zəmin hazırladıq. Şəhərlərimizin çoxunu yeni istehsal müəssisələrə qovuşdurduq. Beynəlxalq təşkilatlar Türkiyədə iqtisadi artımın 9% olacağını proqnozlaşdırsalar da, əminəm ki, ilin sonuna dək 10%-u ötəcək. Türkiyəni istehsal, ixrac, investisiya və məşğulluq əsasında yüksəltmək üçün lazımlı addımları əzmlə atmaqda davam edəcəyik”-deyə prezident vurğulayıb.



Әlaqәli Xәbәrlәr