Mövlud Çavuşoğlu TBMM-də çıxış edib

Türkiyə ilə ABŞ arasında PKK/PYD/YPG, Fətullahçı Terror Təşkilatı (FETÖ) və S-400 hava hücumundan müdafiə sistemlərini müzakirə etmək üçün fəaliyyət qrupu yaradılacaq.

1729421
Mövlud Çavuşoğlu TBMM-də çıxış edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komitəsində rəhbəri olduğu departamentin və nəzdindəki qurumların 2022-ci il büdcəsini təqdim edib.

Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın ötən bazar günü İtaliyanın paytaxtı Romada ABŞ prezidenti Co Baydenlə görüşünün konstruktiv atmosferdə keçdiyini bildirib. ABŞ-ın PKK/PYD/YPG ilə əməkdaşlığı, FETÖ-nün ABŞ-da olması və S-400-lə əlaqəli sanksiyaların müttəfiqlik ruhu ilə üst-üstə gəlmədiyinə diqqət çəkən Çavuşoğlu: “Cənab prezidentimiz Bayden ilə keçirdiyi görüşdə bu məsələləri gündəmə daxil etdi. Bu problemlərin həlli  üçün fəaliyyit qrupu yaradacağıq. Bunu daha əvvəl də ABŞ-a təklif etdik. Lakin indi bu təklifi Bayden verdi. Buna görə Fəaliyyət qrupunun yaradılması və müzakirə olunacaq məsələlərlə bağlı araşdırmalar sürətlə aparılır”.

Qərbdə geniş vüsət alan irqçilik, İslam və ksenofobiya əleyhinə mübarizədə vətəndaşların yanında olduqlarını ifadə edən Çavuşoğlu Türkiyənin Suriyanın İdlib bölgəsindəki mülki insanları hərbi varlığı ilə qoruduğunu və beynəlxalq arenada Fələstin davasının bayraqdarı olmağa davam etdiyini vurğulayıb. Şərqi Aralıq dənizi və Egey hövzəsində Türkiyə və Kipr türklərinin qanuni hüquq və mənafelərinin beynəlxalq hüquq əsasında müdafiə edildiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr