"Əgər bunlar olmazsa, ödədiyimiz pulların geri qaytarması üçün danışılacaq"

Türkiyə və ABŞ F-35-lər üçün yenidən müzakirələrdə

1727592
"Əgər bunlar olmazsa, ödədiyimiz pulların geri qaytarması üçün danışılacaq"

 

  Türkiyə və Amerika Birləşmiş Ştatları Müdafiə Nazirlikləri arasında F-35-lə əlaqədar ixtilafın aradan qaldırılması və maliyyə məsələlərinin danışılması məqsədiylə ikinci iclasın bir neçə ay içində Vaşinqtonda keçirilməsi planlaşdırılır.

  Paytaxt Ankarada Milli Müdafiə Nazirliyində (MSB) mətbuat məlumatlandırma yığıncağı təşkil edən MSB nümayəndələri jurnalistlərin suallarını cavablandırıb.

  Məlumata görə, keçən həftə Ankarada Pentaqondan gələn heyətlə F-35 döyüş təyyarələri mövzusunda aparılan danışıqlarda müzakirələrin davam etdirillməsi lazım bilinib: "İlk yığıncaq keçirildi. Hər iki tərəf öz mövqelərini ortaya qoydular. Bir neçə aya ikinci yığıncağın Vaşinqtonda edilməsi planlanır. Görüşlərdə problemlərin həllinə dair ayrıntılar müzakirə olunur. Türkiyənin F-35 proqramına dönməsilə bağlı biz mövqemizi ortaya qoymuşuq: birincisi, F-35 proqramına geri dönmə, ikincisi, təyyarələrin təslim edilməsi. Əgər bunlar olmazsa, ödədiyimiz pulların geri qaytarması üçün danışacağıq".



Әlaqәli Xәbәrlәr