Ərdoğan cümhuriyyəti quran və bu gün yaşadan qadınlardan danışdı

Paytaxt Ankarada təşkil edilən "Cümhuriyyəti quran və yaşadan qadınlar" proqramında iştirak və çıxış edən Ərdoğan deyib...

1726519
Ərdoğan cümhuriyyəti quran və bu gün yaşadan qadınlardan danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Bizim müstəqillik hekayəmizin qəhrəmanlığı çətinliklər qarşısında qorxmayan, qeyri-mümkün görünəni bacaran, gözlənilməyəni reallaşdıran, qadınıyla, kişisiylə gücünü ürəyindən alan zadəgan millətimizin hamısıdır" deyə söylədi.

  Paytaxt Ankarada təşkil edilən "Cümhuriyyəti quran və yaşadan qadınlar" proqramında iştirak və çıxış edən Ərdoğan deyib: "Heç şübhəsiz ki, respublika ilə yenidən ayağa qalxan, özünə yeni bir üfüq açan və yeni bir güc toplayan millətimizin ən əhəmiyyətli qazancı bu dövrdə milli iradənin üstünlüyünü təsis etmiş olmasıdır.

  Bu torpağın vəfalı və fədakar qadınları Türkiyənin demokratiya və inkişaf mübarizəsinin hər anında, hər yerində özlərini göstərir.

  Bizim müstəqillik hekayəmizin qəhrəmanlığı çətinliklər qarşısında qorxmayan, qeyri-mümkün görünəni bacaran, gözlənilməyəni reallaşdıran, qadınıyla və kişisiylə gücünü ürəyindən alan zadəgan millətimizin hamısıdır. Ümumiyyətlə, toxumdan məhsula, tarladan süfrəyə, sənayedən texnologiyaya, istehsalın hər mərhələsinə, idmandan sənətə, xidmət sektorundan ixracata həyatın hər sahəsində qadınlarımızın göstərdikləri müvəffəqiyyətlərlə xüsusi fəxr edirik.

  Qadınların əzmi və səyi Anadolu torpaqlarının ən böyük gücüdür.

  “Qadınlarla böyük Türkiyə yolunda” şüarıyla, təşəbbüskar qadınlarımızla, tropaqda çalışan qadınlarımızla, ürəyi Vətən və Millət sevgisi ilə çarparaq gələcək nəsilləri yetişdirən analarımızla, mühəndis, idmançı və sənətçi qadınlarımızla - heç bir ayrı-seçkilik etmədən bütün qadınlarımızla gələcəyə izlər salacaq, inşaallah, daha nə qədər müvəffəqiyyətlərə imza atacığaz.

  Qucağında övladıyla cəbhəyə güllə daşıyan cümhuriyyətin qabaqcıl qəhrəman qadınlarının mübarizəsi eyni əzmlə indi də respublikasını yaşatmaq və həmişə daha irəliyə aparmaq üçün davam edir.

  Bu ölkənin qadınları tarlada, parlamentdə, olimpiada oyunlarında, məktəbdə, iş yerində, evdə və tankların qarşısında, nəhayət həyatın hər sahəsində əməkləri ilə vardır."



Әlaqәli Xәbәrlәr