Hulusi Akar: "Terrorçu haradadırsa, hədəfimiz oradır"

"Terrorçu haradadırsa, bizim hədəfimiz oradır. Biz terrorçuları təqib etməyə davam edəcəyik", nazir Hulusi Akar bildirib.

1726203
Hulusi Akar: "Terrorçu haradadırsa, hədəfimiz oradır"

"Terrorçu haradadırsa, bizim hədəfimiz oradır. Biz terrorçuları təqib etməyə davam edəcəyik".

Bunu milli müdafiə naziri Hulusi Akar “Atış Sərbəst-2021” fəaliyyətinin Seçilmiş Müşahidəçi Günündə iştirakı zamanı deyib.
Fəaliyyətdə nazir Hulusi Akarla yanaşı Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal, Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz, nazir müavini Muhsin Dere və ordu komandirləri də işkirak ediblər.

Akarın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gələn Serbiyanın baş nazirinin müavini və müdafiə naziri Neboyşa Stefanoviç də fəaliyyəti izləyib.

“Atəşin gücü” şüarı ilə keçirilən və hədəflərin dəqiq vurulduğu faliyyətin sonunda çıxış edən Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) qabiliyyətini göstərən daha bir qürurverici fəaliyyəti uğurla tamamladıqlarını bildirib.

H. Akar TSK-nın cümhuriyyət tarixinin ən fəal dövrünü yaşadığını, bir tərəfdən təlim və manevrlər, digər tərəfdən isə əməliyyat fəaliyyətlərinin davam etdiyini vurğulayıb.

Effektiv, çəkindirici və nüfuzlu ordunun əhəmiyyətinə işarə edən Akar "Mehmetcik üzərinə düşən vəzifələri ən yaxşı şəkildə yerinə yetirdi və yerinə yetirməkdə davam edir. Beləliklə, TSK bölgəmizdə və dünyada, xüsusilə NATO-da öz nüfuzlu və seçilmiş mövqeyini qoruyub saxlayır və bu mövqeyini günü-gündən inkişaf etdirir" deyib.

Terrorla mübarizənin qətiyyətlə davam etdiyini vurğulayan Akar "Xüsusən də İraqın şimalında terrorla mübarizəmiz qətiyyətlə davam edir. Terrorçuların yuvalarına, mağaralarına, sığınacaqlarına girilib və girilməkdə davam edir. Yuvaları dağıdılıb və dağıdılacaq. Mehmetcik üzərinə düşən vəzifəni misilsiz şəkildə yerinə yetirir" ifadələrdən istifadə edib.

Terror təşkilatı PKK ilə YPG arasında heç bir fərq olmadığını vurğulayan Akar “PKK YPG-yə bərabərdir” deyərək belə davam edib: "Mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Yeni müdafiə anlayışı olaraq irəli sürdüyümüz məqam terroru və terrorçuları mənbəyində zərərsizləşdirməkdir. Ona görə də deyirik ki, terrorçu haradadırsa, hədəfimiz də odur. Terrorçuları təqib etməkdə davam edəcəyik. 24 iyul 2015-ci ildən bu günə qədər İraqın şimalında 18 641 terrorçu zərərsizləşdirilib. Suriyanın şimalı ilə birlikdə zərərsizləşdirilən terrorçuların ümumi sayı 32 800 nəfər olub".



Әlaqәli Xәbәrlәr