Prezident Rəcəb Tayyib Ərdoğan Eskişehirdə qadınlarla bir araya gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan Eskişehirə səfəri zamanı sahibkarlar, fermerlər, tələbələr, idmançılar, sənətçilər və işçi qadınlarla bir araya gəlib.

1724192
Prezident Rəcəb Tayyib Ərdoğan Eskişehirdə qadınlarla bir araya gəlib

“Qadınlarımızın təhsil və istehsalat sahəsində qət etdikləri məsafə həqiqətən də tarixi uğurun ifadəsidir”. 

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Eskişehirə səfəri zamanı sahibkarlar, fermerlər, tələbələr, idmançılar, sənətçilər və işçi qadınlarla görüşü zamanı deyib.

Qadın-kişi ayrı-seçkiliyi etmədən millətin bütün üzvləri ilə böyük və qüdrətli Türkiyə xəyallarını reallaşdırdıqlarını vurğulayan Ərdoğan “Ölkəmizin gələcəyi ilə bağlı hər bir baxışı və hər bir layihəni sizinlə birlikdə həyata keçirəcək şəkildə dizayn edir və həyata keçiririk” söyləyib.

Türkiyədə qadınların xüsusilə təhsil, istehsal, məşğulluq, siyasət və ictimai həyatda ən çox irəliləyiş əldə etdiyini bildirən Ərdoğan deyib ki, mən bunu qətiyyətlə deyirəm, biz infrastrukturu yaratmışıq, imkanlar yaratmışıq və cəmiyyətin bütün təbəqələrindən olan qadınlarımızın özləri, ailələri, şəhəri və ölkəsi üçün potensiallarını reallaşdırmağa imkan verəcək maneələri aradan qaldırmışıq.



Әlaqәli Xәbәrlәr