Hulusi Akar amerikalı həmkarı ilə görüşüb
Milli Müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Lloyd Ceyms Ostinlə görüşüb.
1723265
Milli Müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Lloyd Ceyms Ostinlə görüşüb.
H. Akar NATO Müdafiə Nazirləri Toplantısına qatılmaq üçün gəldiyi NATO qərargahında müxtəlif görüşlər keçirib.
İngiltərənin müdafiə naziri Ben Uolleslə görüşən Akar daha sonra iclasdan əvvəl ABŞ-ın müdafiə naziri Ostin ilə qısa görüş keçirib.
Görüşdə Romada keçiriləcək G20 Liderlər Zirvə Toplantısına qədər müsbət gündəm yaradılması üçün ətraflı görüşün keçirilməsinin zəruriliyi müzakirə olunub.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.