Prezident Ərdoğandan “Regional Maliyyə Konfransı"na ünvanlanan mesaj

İstanbul Maliyyə Mərkəzini dünyanın əhəmiyyətli mərkəzlərindən birinə çevrilmək əzmindəyik. Bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1722992
Prezident Ərdoğandan “Regional Maliyyə Konfransı"na ünvanlanan mesaj

Prezident Ərdoğan “Regional Maliyyə Konfransı” ünvanladığı mesajında təxminən 2 ildir ki, epidemiya ilə yanaşı iqtisadiyatda da təsiri olan qlobal böhrana qarşı mübariz aparıldığına diqqət çəkib. Dünya iqtisadiyyatının 2020 -ci ildə 3,5% azaldığına baxmayaraq, qlobal ticarətin 10%-a yaxın azaldığını ərzaq və əmtəə qiymətlərinin son 10 ilin dünya rekordunu qırdığını bildirdi. Türkiyənin bu müddətdə həm epidemiya əleyhinə mübarizədə, həm də iqtisadiyyat sahəsində fərqli bir yol izlədiyini ifadə edən prezident: “Epidemiyanın ən sıx hiss edildiyi dövrlərdə belə, istehsal, logistika, məşğulluq və sənaye sahələrində fəaliyyətlərimizi dayandırmadıq. 2020-ci ildə 1,8% nisbətində G20 ölkələri arasında ən yüksək iqtisadi artım qeydə alaraq, sənaye istehsalını ən çox artıran ölkələr arasında iştirak etdik. Bu tempi 2021 -ci ilin birinci rübündə 7,2%, ikinci rübdə də yüzdə 21,7 nisbətində artım ilə davam etdirdik. Eyni şəkildə ixracatda rekord qıraraq,bu həcmi 212 milyard dollara çatdırdıq. Qlobal investisiyalar epidemiya dövründə 35% nisbətində azalsa da, Türkiyədə belə bir azalma qeydə alınmadı. İnşallah, 2021 -ci ili 9% iqtisadi artımla tamamlayacağıq. Bu uğurlar qarşısında beynəlxalq sərmayəçilərin Türkiyəyə marağının artdığını müşahidə edirik. İstanbul Maliyyə Mərkəzi ilə bu sahədə dünyanın mühüm mərkəzlərindən biri olmaq istəyirik. Layihənin İslam maliyyəsi baxımından bir mərkəzə çevrilməsini istəyirik. Bununla bağlı qanunvericilik işlərimizi tezliklə yekunlaşdıracağıq. Türkiyə beynəlxalq iş adamları üçün çox cəlbedici imkanlara malik ölkədir. investorları Türkiyəyə dəvət edirik”-deyə prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr