TRT-nin baş direktoru Zahid Sobacı: "Əlverişsiz coğrafiyaların səsi olmaq üçün cəhd göstəririk"

"Dünyanın hər zamankindən daha çox dialoqa, müzakirəyə, ortaq düşüncəyə, fikir mübadiləsinə və yeni bir anlayışın inkişafına ehtiyacı var", Z. Sobacı

1721941
TRT-nin baş direktoru Zahid Sobacı: "Əlverişsiz coğrafiyaların səsi olmaq üçün cəhd göstəririk"
Mehmet Zahid Sobacı.jpg

"Dünyanın hər zamankindən daha çox dialoqa, müzakirəyə, ortaq düşüncəyə, fikir mübadiləsinə və yeni bir anlayışın inkişafına ehtiyacı var".

Bunu TRT-nin baş direktoru Zahid Sobacı "Güc və Paradoks: 21 -ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusunda bu il onlayn olaraq keçirilən "TRT World Forum 2021"-in açılış nitqində deyib.

30-dan çox ölkədən 100-ə yaxın natiqə ev sahibliyi edən "TRT World Forum"da iki gün ərzində bütün bəşəriyyəti maraqlandıran qlobal problemlərin müzakirə ediləcəyini ifadə edən Z. Sobacı dünyanın hazırda hər zaman olduğundan daha çox dialoqa, müzakirəyə, ortaq düşüncəyə, fikir mübadiləsi və hər zamankindən daha yeni bir anlayış inkişaf etdirməy ehtiyacının olduğunu vurğulayıb.

20-ci əsrin sonlarından bəri dövlətlərin əvvəllər heç qarşılaşmadıqları və bütün insanlığı maraqlandıran ümumi problemlərlə üzləşdiklərinə işarə edən Sobacı bunları deyib: 

"Qlobal terror, "Covid-19" kimi epidemiyalar, ekoloji fəlakətlər, qlobal istiləşmə, internetdəki cinayətlər və kiber hücumlar, kütləvi köçlər və gəlir bölgüsü haqsızlıqları kimi milli sərhədləri aşan mürəkkəb problemlər, qlobal siyasi və iqtisadi sistemi çoxölçülü böhranlar və təhdid ünsürləri ilə qarşı-qarşıya buraxdı. Hazırda beynəlxalq miqyasda problemlərin həlli üçün əməkdaşlıq və qarşılıqlı asılılıq ön plana çıxır. Qlobal iqtisadi və siyasi sistemin effektivliyi yüksək səviyyəli, hərtərəfli və fasiləsiz qlobal əməkdaşlığın əsas götürülməsindən asılıdır". 

TRT-nin baş direktoru Zahid Sobacı "TRT World Forum" ilə qlobal və regional mövzuları polifonik və çoxölçülü bir perspektivdə beynəlxalq ictimaiyyətin gündəminə gətirdiklərini söyləyib:

"İnsanı mərkəzdə saxlayan yayım anlayışımızla əlverişsiz coğrafiyaların, cəmiyyətlərin və fərdlərin səsi olmağa çalışırıq. Yayım prinsiplərimizə uyğun olaraq dünyamızı təhdid edən bütün böhranlar qarşısındakı həssaslığımızı televiziya və radio kanallarımız, rəqəmsal platformalarımız vasitəsilə dünyanın 7 qitəsinə 41 dildə və ləhcədə çatdırırıq".

Bu prosesdə yayımçıların üzərinə də böyük vəzifələr düşdüyünü vurğulayan Sobacı "Günümüzün problemlərinə işıq tutan, ictimai və qlobal məlumatlılığın artırılmasına töhfə verən yeni bir yayımçılıq yanaşması rəqəmsal idarəçilik dövrünün ayrılmaz bir hissəsinə çevrildi. Bu kontekstdə "TRT World Forumu" gələcəyi formalaşdırmaq üçün intellektual müzakirə üçün bir platforma olaraq görürük" deyib.



Әlaqәli Xәbәrlәr