"Türkiyə Afrika qitəsindəki xalqları ayrı-seçkilik etmədən qucaqlayır", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Anqola Parlamentinə müraciət edib.

1721376
"Türkiyə Afrika qitəsindəki xalqları ayrı-seçkilik etmədən qucaqlayır", R.T. Ərdoğan

"Türkiyə Afrika qitəsindəki xalqları ayrı-seçkilik etmədən qucaqlayır".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Anqola Parlamentində çıxışı zamanı deyib.
Dövlət başçısı Ərdoğan Türkiyədən Anqolaya ilk Prezident səfərinin reallaşdığını ifadə edərək, Türkiyə olaraq inkişaf yolunda dost Anqolanın yanında olmağa davam edəcəklərini bildirib.

Avropa və Asiya qitələrini birləşdirən Anqola ilə Türkiyə arasındakı əməkdaşlığın yaratdığı sinerjinin çox geniş bir coğrafiyada hiss olunacağını qeyd edən Prezident Ərdoğan deyib: 

"Tarixində müstəmləkəçilik ləkəsi olmayan bir millətik. Bu gün dünyanın 5-dən böyük olduğunu söyləyərək qlobal sistemdəki haqsızlıqlara qarşı mübarizə aparırıq. İnsanlığın taleyi İkinci Dünya müharibəsini qazanan bir neçə ölkənin mərhəmətinə buraxılmaması lazımdır. Hələ də Afrika xalqlarının müstəqilliyini, azadlığını və bərabərlik sahəsində əldə etdiklərini qəbul edə bilməyənlər var. Son vaxtlar elə şeylərin təkrar gün işığına çıxdığının şahidi oluruq. Türkiyə olaraq Afrika qitəsinə qərb mərkəzli şərqçi yanaşmaları rədd edirik. Afrika qitəsindəki bütün xalqları ayrı-seçkilik etmədən qucaqlayırıq. Qitə ilə əlaqələrimizi inkişaf etdirərkən afrikalı qardaşlarımızın dərin təcrübələrindən də istifadə etməyi ümid edirik".

Türkiyənin Afrikada 43 səfirliyi ilə təmsilçilik fəaliyyətini həyata keçirdiyini qeyd edən Ərdoğan paytaxt Ankarada səfirlikləri olan Afrika ölkələrinin sayının 37-yə çatdığını qeyd edib.

Dövlət başçısı Ərdoğan Türkiyənin tarixi, mədəniyyəti və xalqı ilə birlikdə Afrika qitəsinin zənginliyi və potensialından xəbərdar olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr