Prezident Rəcəb Tayyib Ərdoğan Anqolada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan "TUR" xüsusi təyyarəsi ilə Anqolanın paytaxtı Luandaya gedib.

1720884
Prezident Rəcəb Tayyib Ərdoğan Anqolada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan "TUR" xüsusi təyyarəsi ilə Anqolanın paytaxtı Luandaya gedib.
Dövlət başçısı bu gün Anqola Prezidenti Lourenço tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanacaq. Daha sonra bu ölkədə bir sıra görüşlər keçirəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanı Luanda Quatro de Fevereiro Beynəlxalq Hava Limanında bu ölkənin xarici işlər naziri Tete Antonio və Türkiyənin Luandadakı səfiri Alp Ay qarşılayıb.
Qeyd edək ki, dövlət başçısı Afrikanın 3 ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfər edəcək.

Ərdoğan səfərindən əvvəl verdiyi açıqlamada deyib ki, növbəti səfər Türkiyə ilə Afrika arasında yeni mərhələnin başlanğıcı olacaq: "Türkiyə Afrika ölkələri üçün strateji bir ortaqdır. Türkiyə-Afrika əlaqələrini daha da yaxınlaşdırmaq niyyətindəyik”.
Səfər oktyabrın 20-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr