Yunanıstan tərəfindən Türkiyə sularına qovulan miqrantlar xilas edilib

İzmir sahillərində Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına itələnən 67 miqrant xilas edilib.

1719903
Yunanıstan tərəfindən Türkiyə sularına qovulan miqrantlar xilas edilib

İzmir sahillərində Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına itələnən 67 miqrant xilas edilib.

Sahil Mühafizə Komandanlığının internet saytında yer alan məlumata görə, Komandanlığa bağlı qruplar Yunanıstan Sahil Mühafizə qrupları tərəfindən Türkiyənin ərazi sularına qovulduğu müəyyən edilən rezin qayıqdakı qanunsuz miqrantları xilas etmə fəaliyyətləri çərçivəsində oktyabrın 13-də Dikili qəsəbəsi sahillərində 21, Çeşmə sahillərində 33, Menderes sahillərində 13 qanunsuz miqrantı quruya çıxarıb. 

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

 



Әlaqәli Xәbәrlәr