Prezident Ərdoğanın Ankaranın paytaxt elan edilməsinin ildönümü ilə əlaqədar mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaranın Cümhuriyyətin qurulması və tərəqqisinin və demokratiyanın inkişaf prosesinin də mərkəzi olduğunu söyləyib.

1719297
Prezident Ərdoğanın Ankaranın paytaxt elan edilməsinin ildönümü ilə əlaqədar mesajı
Ankara.jpg
Ankara.jpg
Ankara_Gölbaşı...jpg

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaranın Cümhuriyyətin qurulması və tərəqqisinin və demokratiyanın inkişaf prosesinin də mərkəzi olduğunu söyləyib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Ərdoğan 13 oktyabr 1923-cü ildə Ankaranın paytaxt elan edilməsinin ildönümü münasibətilə mesaj yayıb.

Ankaranın Qurtuluş Savaşı (1919-1923) dövründə tarixi bir qərargah olaraq xidmət göstərdiyini, Cümhuriyyət yolunda strateji qərarlara və əsas qurumların qurulmasına ev sahibliyi etdiyini dilə gətirən Prezident Ərdoğan deyib:

"Ankaranın paytaxt elan edilməsinin ildönümünü təbrik edirəm. Əzm və qətiyyətli şəkildə vətənimizin işğal edilməsi cəhdlərinə qarşı aparılan mübarizədə tarixi əhəmiyyət kəsb edən Ankara eyni zamanda Cümhuriyyətimizin demokratiyasının qurulmasının, irəliləməsinin və inkişafının mərkəzidir. Paytaxt Ankaranın mədəni kimlik və tarixi zənginliklərinin qorunması böyük əhəmiyyət kəsb edir.

Minilliklər boyu davam edən dövlət irsimizin nümayəndəsi olan Ankara ölkəmizin inkişafında, Cümhuriyyətimizin nailiyyətlərinin möhkəmlənməsində və demokratiyamızın irəliləməsində aparıcı rol oynamağa davam edəcək. Bu mənalı gündə (Cümhuriyyətin qurucusu) Qazi Mustafa Kamalı (Atatürk) və silahdaşlarını, bütün şəhidlərimizi və qazilərimizi hörmət və minnətdarlıqla anır, ən səmimi duyğularımla vətəndaşlarımızı salamlayıram".



Әlaqәli Xәbәrlәr