Mustafa Şentop beynəlxalq ictimaiyyəti insanı mərkəzdə saxlayan yanaşmalara çağırıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İtaliyanın paytaxtı Romada keçirilən P20 Zirvəsinin ikinci iclasında çıxış edib.

1716539
Mustafa Şentop beynəlxalq ictimaiyyəti insanı mərkəzdə saxlayan yanaşmalara çağırıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İtaliyanın paytaxtı Romada keçirilən P20 Zirvəsində "Sosial və ətraf mühitin davamlılığı baxımından iqtisadi artımın canlandırılması" adlı ikinci iclasda çıxış edib.

Şentop "Covid-19" epidemiyasının mənfi təsirlərinin cəmiyyətlərdə köklü dəyişikliklərə səbəb olduğunu müşahidə etdiklərini vurğulayaraq deyib:

"Təəssüf ki, epidemiyanın sosial və ətraf mühitə təsiri bu mənfiliklərin başında yer alır. "Covid-19" epidemiyasının aktual problemləri daha da dərinləşdirməsi bütün insanlığın sürətli və qətiyyətli addımlar atmasını vacib hala gətirir".

Şentop dünya iqtisadiyyatında canlanma tendensiyasının başladığını, ancaq epidemiya əvvəli dövrə qayıdıla bilmədiyinə işarə edərək,"Mövcud vəziyyətin sahmana salınmasının koordinasiyalı şəkildə və gələcəkdə bənzər şoklara hazırlaşmağın nə qədər vacib olduğunu da öyrəndik" deyib.

Şentop epidemiya prosesindən sonra dünyada siyasi və iqtisadi əlaqələrin yenidən qurulacağının açıq şəkildə görüləcəyinə də diqqət çəkib və insanı mərkəzdə saxlamayan heç bir yanaşmanın uğurlu ola bilməyəcəyini vurğulayıb. 



Әlaqәli Xәbәrlәr