Terror təşkilatı PKK-nın dağılma prosesi davam edir

Daxili İşlər Nazirliyi PKK terror təşkilatından qaçan daha 1 terror təşkilatı üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

1714026
Terror təşkilatı PKK-nın dağılma prosesi davam edir

Daxili İşlər Nazirliyi PKK terror təşkilatından qaçan daha 1 terror təşkilatı üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.
Daxili İşlər Nazirliyinin koordinasiyasında Jandarma Baş Komandanlığı və Polis Müdirliyi tərəfindən həyata keçirilən inandırma səyləri nəticəsində terror təşkilatı PKK-dan qaçan təşkilatın daha bir üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, təslim olan terrorçunun 2019-cu ildə terror təşkilatına qoşulduğu və Suriya və İraqda aktiv olduğu müəyyən edilib.

İnandırma səyləri nəticəsində təslim olan təşkilat üzvlərinin sayı bu il 156-ya çatıb.



Әlaqәli Xәbәrlәr