Milli Təhlükəsizlik Şurasının iclasından sonra bəyanat verilib

Sentyabrın 30-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

1713038
Milli Təhlükəsizlik Şurasının iclasından sonra bəyanat verilib

Sentyabrın 30-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda iqlim dəyişikliyi ilə qlobal mübarizə, Əfqanıstanda humanitar vəziyyət, Suriya xalqının təhlükəsizliyi, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.

Türkiyənin Egey, Şərqi Aralıq dənizi və Kıbrıs (Kipr) problemləri və qanunsuz köç mövzusunda yaxşı niyyətli, konstruktiv, həll yönümlü təklif və yanaşmalarına məhəl qoymamağın həm beynəlxalq hüquqa, həm də ədalətə və Avropa İttifaqı, Yunanıstan və uzunmüddətli maraqlarına zidd olduğu ifadə edilib və Cənubi Kıbrıs Rum Rəhbərliyinin birtərəfli hərəkətlərini və düşmən münasibətlərini dəstəkləmənin bölgədəki qarşıdurmaları daha da dərinləşdirəcəyi vurğulanıb.

Milli Təhlükəsizlik Şurasının bəyanatında iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal birgə mübarizə planlarının həyata keçirilməsinin zəruriliyinə diqqət çəkilib:

"Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, bu mövzuda da üzərinə düşəni edəcək".

Daha sonra Türkiyənin dost və qardaş Əfqanıstan xalqının firavanlığı və təhlükəsizliyi istiqamətində səylərini davam etdirəcəyi vurğulanıb. Əfqanıstanda humanitar böhranın qarşısının alınması üçün birgə qlobal səylərin göstərilməsi qeyd edilib.

İclasda, həmçinin Suriyada silahlı qruplaşmaların dinc insanları hədəfə alan və sabitliyə ziyan vuran hərəkətlərinin qarşısının alınması üçün Türkiyənin apardığı siyasi xətt xüsusilə vurğulanıb.



Әlaqәli Xәbәrlәr