Prezident Ərdoğan Soçidən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb

Prezident Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Türkiyəyə qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

1712831
Prezident Ərdoğan Soçidən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb

"Məlum amerikalı (Brett) Mayk Qurk adlı bir adam var. Bu adam demək olar ki, terror təşkilatlarını istiqamətləndirir və idarə edir".

Bunu Prezident Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Türkiyəyə qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. 
Putinin dəvəti ilə Soçiyə işgüzar səfəri zamanı ikitərəfli əlaqələrə və bölgədəki inkişaflara yeni və güclü bir təkan qazandırmağı müzakirə etdiklərinə diqqət çəkən Ərdoğan Türkiyənin Suriya ilə bağlı Rusiya ilə razılaşdığı hər şeyə sadiq qaldığını bildirərək, bunlardan geri addımın söz mövzusu olmadığını söyləyib. 

Suriyanın İdlib bölgəsində atəşkəsin sağlam bir şəkildə davam etdirilməsinin xüsusilə Türkiyədən miqrantların geri qayıdışları sürətlə artıracağını ifadə edən Ərdoğan "400 mini İdlib bölgəsinə olmaqla bir milyondan çox insan evlərinə və torpaqlarına qayıtdı. Bu, müsbət haldır. Bu sayın artırılması və ev sahibliyi etdiyimiz suriyalıların təhlükəsiz şəkildə geri dönməsini təmin etmək üçün daim çalışırıq" deyib. 

Prezident Ərdoğan "Xüsusilə vurğuladığım başqa bir məsələ də PKK/YPG-nin (separatçı terror təşkilatı) Moskvada olması idi. Onlara bunu xatırlatdım. Eyni şəkildə bu təşkilat ABŞ-dakı Ağ Evdə qonaq edildi. Məlum amerikalı (Orta Şərq və Şimali Afrika Koordinatoru Brett) Maykqurk adlı şəxs var. Bu adam demək olar ki, terror təşkilatlarını idarə edir və istiqamətləndirir. Bu adam eynilə PKK/YPG/PYD-in direktoru kimidir. Təbii ki, bu açıqlamam ciddi şəkildə narahat edəcək bəzi insanları. Bunu da bilirik. Amma bu, terror təşkilatları ilə qol-qola gəzən adamdır. Terrorçularla mübarizə apardığım bir bölgədə onlarla qol-qola gəzməsi məni ciddi narahat edir. Bu terror təşkilatları ilə iç-içədir, bir yerdədir, bu da onun öz mövqeyini ifadə edir. Gec-tez Amerika bu yeri tərk etməli və burası Suriya xalqına buraxılmalıdır. Terorla mübarizə mövzu ilə bağlı həmrəyliyimizi  daha da artırmağımız vacibdir"  ifadələrindən istifadə edib.



Әlaqәli Xәbәrlәr