Boz kateqoriyada axtarışda olan terrorçu zərərsizləşdirilib

Daxili İşlər Nazirliyi terror təşkilatı PKK-ya qarşı "Eren-13" əməliyyatları çərçivəsində həyata keçirilən antiterror əməliyyatı ilə bağlı yeni məlumat paylaşıb.

1712729
Boz kateqoriyada axtarışda olan terrorçu zərərsizləşdirilib

Şırnak vilayətinin Bestler/Dereler bölgəsində həyata keçirilən əməliyyatda zərərsizləşdirilən 2 terrorçudan birinin boz kateqoriyada axtarılan Zagros Cudi kod adlı Mehdi Uysal olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyi terror təşkilatı PKK-ya qarşı "Eren-13" əməliyyatları çərçivəsində həyata keçirilən antiterror əməliyyatı ilə bağlı yeni məlumat paylaşıb.

22 sentyabr 2021-ci ildə Şırnakın Bestler/Dereler bölgəsində havadan dəstəklənən əməliyyatda iki terrorçu zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçulardan birinin dırnaqarası Şırnak bölgəsindəki Botan əyalətində məsuliyyətlə fəaliyyət göstərən və terrordan axtarılanlar siyahısında 500 min lirəyə qədər mükafatla boz kateqoriyada axtarılan Zagros Cudi kod adlı Mehdi Uysal olduğu müəyyən edilib.

Terrorçunun 2015-2016-cı illərdə terrorçular tərəfindən təhlükəsizlik qüvvələrinə qarşı xəndək qazma, barikkada qurma fəaliyyətlərində aktiv iştirak etdiyi aşkarlanıb.



Әlaqәli Xәbәrlәr