Mövlud Çavuşoğlu: "Qarabağın artıq barış və inkişafla xatırlanmasını istəyirik"

Mövlud Çavuşoğlu İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında iştirak edib.

1710999
Mövlud Çavuşoğlu: "Qarabağın artıq barış və inkişafla xatırlanmasını istəyirik"

Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında iştirak edib. 

O deyib ki, Ermənistanın xarici işlər naziri ilə görüş planda yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra bəzi müsbət mesajlar verdi və dövlət başçımız da buna müsbət yanaşdı. Bizim əvvəlcədən arzumuz bu idi ki, müharibədən sonra region sülh regionuna çevrilsin. Azərbaycan sülh təklifi ilə çıxış edib. Lakin Ermənistan sülh təklifinə müsbət cavab verməyib. Biz Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Can Azərbaycanla birlikdə koordinasiya edəcəyik.

27 sentyabr Türk dünyası üçün fərqli mənaları olan önəmli tarixidir: “27 sentyabr Türkmənistanın müstəqilliyinin ildönümüdür. Bu gün eyni zamanda Qarabağın azad olunmasına gedən Vətən müharibəsinin başlamasının ildönümü, can Azərbaycanın şəhidlərini anma günüdür. Toplantımızın açılışında şəhidlərimizi birlikdə yad etdik. Əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağın artıq qeyri-sabitlik və münaqişədən çox barış və inkişafla xatırlanmasını istəyirik. Bölgə artıq normallaşma mərhələsinə daxil olmalıdır.

Regional işbirliyi və rifaha istiqamətlənən yeni fürsətlər yaranıb. Bu istiqamətdə can Azərbaycanın da vacib təklifləri oldu. Hər kəsin qazanclı çıxacağı bu fürsətlərin bütün ölkələr tərəfindən dəyərləndirilməsinə ümid edirik. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bölgədə rifah və sabitliyin olması ilə bağlı istəklərini dəfələrlə vuğrulayıblar.



Әlaqәli Xәbәrlәr