Prezident Ərdoğan ABŞ-dan ayrılmadan bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb

Dövlət başçısı ikitərəfli görüşlərindən sonra ABŞ-a səfərini başa vurub.

1709391
Prezident Ərdoğan ABŞ-dan ayrılmadan bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb
Erdoğan Berhem Salih.jpg
Burundi Cumhurbaşkanı Evariste Ndayishimiye Erdoğan.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün getdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-Yorkda liderlərlə görüşlərini davam etdirib.

Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanı qəbul edib.

Türkevində mətbuata qapalı baş tutan qəbul təxminən bir saat çəkib.

Prezident Ərdoğan daha sonra Xorvatiyanın keçmiş Prezidenti Kolinda Grabar Kitaroviç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyonov, Bosniya və Herseqovina Prezident Şurasının keçmiş serbiyalı üzvü Mladen İvaniç və Burundi Przidenti Evariste Ndayishimiye ilə görüşüb.

Görüşdən sonra Ərdoğan Ndayishimiye'ye "Daha ədalətli bir dünya mümkündür" kitabını hədiyyə edib..

Yeni media sənətçisi Refik Anadolla da söhbət edən Prezident Ərdoğan daha sonra Türkevi'de FIFA prezidenti Gianni İnfantinonu qəbul edib.

Ərdoğan İraq prezidenti Bərham Salehlə də görüşüb.

Dövlət başçısı ikitərəfli görüşlərindən sonra ABŞ-a səfərini başa vurub.

Prezident Ərdoğan  Türkevindən yola salınıb.

O, Nyu-Yorkdan ayrılmazdan əvvəl Türkevində diplomatlarla xatirə şəkili çəkdirib.



Әlaqәli Xәbәrlәr