Prezident Ərdoğan: "Əfqanıstandakı prosesi diqqətlə izləyirik"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisek ilə birgə mətbuat konfransı təşkil edib.

1704221
Prezident Ərdoğan: "Əfqanıstandakı prosesi diqqətlə izləyirik"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisek ilə birgə mətbuat konfransı təşkil edib.

Ərdoğan çıxışında Taliban tərəfindən Əfqanıstanda müvəqqəti hökumət qurulduğuna diqqət çəkərək "Bu hökumətin nə qədər davam edəcəyini bilmirik, hər halda daimi olduğunu demək çətindir. Biz bu prosesi diqqətlə izləyirik. Ümid edirəm ki, bütün Əfqanıstan xalqı üçün yaxşı olacaq” deyib.

Ərdoğan Kabil Hava Limanının fəaliyyətinə də toxunaraq deyib ki, biz Kabil hava limanında Qətərin də fəaliyyətinə əvvəlcədən müsbət yanaşmışıq. Biz bu hava limanındakı fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruduq, qoruyuruq.

Ərdoğan çıxışında gələcək üçün daha yaxşı bir Afrika qitəsi təsəvvür etdiklərini vurğulayıb:"İnanırıq ki, qitənin problemlərinə ən real həll yolu afrikalı qardaşlarımız tərəfindən tapılacaq. Afrika ilə münasibətlərimizin mahiyyəti səmimiyyət, qardaşlıq və həmrəylikdir ”.

“Baş nazirlik və prezidentliyim dövründə 28 Afrika ölkəsini ziyarət etdim. Qitə ilə əlaqələrimizdə əldə etdiyimiz bu güclü momentumu daha da irəli aparacağıq" deyə dövlət başçısı qeyd edib.

“3. Türkiyə Afrika Tərəfdaşlıq Zirvəsini də görüşümüz zamanı müzakirə etdik. Hazırlıq prosesimizi həyata keçirəcəyik. Bu səfər üçün Prezident Cənab Tşisekediyə təşəkkür etmək istəyirəm. İş adamlarımız arasında yeni bir prosesə başlamaq barədə danışdıq. Hazırkı ticarət həcmi iki ölkəni əks etdirən ticarət həcmi deyil. İlk növbədə 250 milyon dollarlıq ticarət həcmini təyin etmək qərarına gəldik. Konqo Demokratik Respublikasına cavab səfəri edəcəyik".

Türkiyə ilə Konqo arasındakı əməkdaşlığın və dostluq əlaqələrinin daha da güclənəcəyini vurğulayan Ərdoğan
"Noyabr ayının ikinci yarısında Türkiyədə Türkiyə-Afrika Zirvəsini təşkil etmək məsələsini də müzakirə etdik" deyib.



Әlaqәli Xәbәrlәr