Xarici işələr naziri Çavuşoğlu Serbiyada rəsmi səfərdədir

Xarici işlər naziri Mövlud Çavuşoğlu 31 Avqust-1 Sentyabr tarixlərində Serbiyada rəsmi səfərdə olacaq.

1700117
Xarici işələr naziri Çavuşoğlu Serbiyada rəsmi səfərdədir

Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamaya görə Çavuşoğlu xarici işlər naziri Nikola Selakoviçin dəvətinə görə Serbiyaya rəsmi səfərə gedib.

Açıqlamada qeyd edilib ki, səfər zamanı baş tutacaq danışıqlarda ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlığın daha irəli pillələrə qaldırılması uğrunda atılası addımlar başda olmaqla, regional və beynəlxalq mövzular müzakirə ediləcək. Nazir Çavuşoğlu səfəri çərçivəsində Serbiya Prezidenti, Parlament sədri və Baş nazir tərəfindən də qəbul ediləcək. Cavuşoğlunun iştirak edəcəyi mərasimlə Türkiyənin Yeni Pazardakı Baş Konsulluğunun açılışı reallaşacaq.

 



Әlaqәli Xәbәrlәr