Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik etdi

30 Avqust Zəfər Bayramı münasibətilə etdiyi təbrikində Ərdoğan deyib...

1699423
Ərdoğan  30 Avqust Zəfər Bayramı münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Bundan 99 il əvvəl Dumlupınarda şaha qalxan imanın rəhbərliyi altında 84 milyon birlik, dirilik və qardaşlıq içində işıqlı sabahlarımıza həmişə birlikdə gedəcəyik" ifadəsini işlətdi.

  30 Avqust Zəfər Bayramı münasibətilə etdiyi təbrikində Ərdoğan deyib: “Şanlı tarixin təməl daşlarından olan Böyük Zəfərin 99-cu ildönümünə qovuşmanın bəxtiyarlığı içərisindəyik.

  Millətin, Qıbrız (Kipr) türklərinin və dünyanın ayrı-ayrı ölkələrində yaşayan vətəndaşların hər birinin 30 Avqust Zəfər Bayramını təbrik edirəm. Bu qürur günündə onları tək buraxmayanlara şəxsən və millətim adından təşəkkürlərimi bildirirəm.

  İstiqlal Müharibəsinin (1919-1923) baş komandanı, Türkiyə Respublikasının banisi Qazi Mustafa Kamal Atatürkü, Böyük Millət Məclisinin qiymətli mənsublarını və ordunun qəhrəman əsgərlərini rəhmətlə yad edirik.

  84 milyon birlik, dirilik və qardaşlıq içində işıqlı sabahlarımıza həmişə birlikdə gedəcəyik.

  Millətimizin və Şimal Kipr Türk Respublikasındakı bütün bacı-qardaşlarımızın 30 Avqust Zəfər Bayramı mübarək olsun."



Әlaqәli Xәbәrlәr