İraqın şimalında daha 4 terrorçu məhv edilib

İraqın şimalında “Pənçə-şimşək” əməliyyatının həyata keçirildiyi bölgədə separatçı terror təşkilatı PKK üzvü 4 terrorçu zərərsizləşdirilib.

1698448
İraqın şimalında daha 4 terrorçu məhv edilib

Milli Müdafiə Nazirliyinin sosial media hesabında bu barədə məlumat verilib. Bildirilib ki, Türkiyə silahlı qüvvələrinin terror təşkilatlarına qarşı mübarizəsi ölkə ərazilərində və sərhəddən kənarda davam edir. İraqın şimalındakı ”Pənçə-şimşək” əməliyyatı bölgəsində gizlindikləri müəyyənləşdirilən terror təşkilatı PKK üzvü 4 terrorçusu zərərsizləşdirilib. Acıqlamada vurğulanıb ki, qəhrəman Türk əsgəri Terrorçuların yuvalarını darmadağın etməkdə və mövqelərini başlarına uçurmaqda davam edəcək.



Әlaqәli Xәbәrlәr