Türkiyə Silahlı Qüvvələri Əfqanıstandan ayrılır

Türkiyə Milli Müdafiə Nazirliyi sözügedən mövzu ilə bağlı şərh paylaşaraq bildirib...

1697297
Türkiyə Silahlı Qüvvələri Əfqanıstandan ayrılır

 

  Türkiyə Silahlı Qüvvələri Əfqanıstandan ayrılır.

  Türkiyə Milli Müdafiə Nazirliyi sözügedən mövzu ilə bağlı şərh paylaşaraq bildirib: "Müxtəlif görüşlər, mövcud vəziyyət və şərait qiymətləndirilərək Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan qayıtmasına başlanıldı.

  Türkiyə Silahlı Qüvvələri onlara tapşırılan işin öhdəsindən müvəffəqiyyətlə gəlib qürurla Vətən torpağına geri dönməkdədir.”

  Qeyd edək, Türkiyə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik Kömək Qüvvələrində (İSAF) xidmət göstərən əsgərlərini 2002-ci ilin iyununda bu ölkəyə göndərmişdi. 1400 əsgərdən ibarət olan Türkiyə hərbi birliyi içində Kabil aerodromunu qoruyan hava qüvvələri personalı da var idi.  

  Taliban 15 avqustda paytaxt Kabili də ələ keçirdikdən sonra Əfqanıstandakı diplomatik missiya nümayəndələri, xarici əsgər və yerli vətəndaşların buradan ayrılması sürətlənib.



Әlaqәli Xәbәrlәr