Böyük hava hərəkatıyla İraqda 28 terror hədəfi darmadağın edildi

Böyük nisbətdə yerli və milli sursat istifadə edilən hava hərəkatıyla terror təşkilatının bölgədəki varlığına ağır zərbə vuruldu

1696292
Böyük hava hərəkatıyla İraqda 28 terror hədəfi darmadağın edildi

 

  İraqın şimalındakı Asos bölgəsində təsbit edilən 28 terror hədəfi hava hərəkatıyla məhv edildi.

  Türkiyə Müdafiə Nazirliyinin Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı işləri sayəsində 200 kilometr dərinlikdə İraqın şimalında yerləşən Asos bölgəsindəki bir sıra yerlərin terrorçular tərəfindən istifadə edildiyi təsbit olundu.

  Hədəflərə istiqamətli 20-dən çox təyyarənin iştirakıyla təşkil edilən hava hərəkatı nəticəsində terrorçulara aid sığınacaqlar, sursat anbarları, qondarma qərargahları və mağaralardan ibarət 28 hədəf məhv edildi.

  Böyük nisbətdə yerli və milli sursat istifadə edilən hava hərəkatıyla terror təşkilatının bölgədəki varlığına ağır zərbə vuruldu.



Әlaqәli Xәbәrlәr