Mövlud Çavuşoğlu: “Türkiyə Krımın qanunsuz işğalını tanımayıb və tanımayacaq”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Ukraynanın sərhəd bütövlüyünü dəstəklədiyini bildirib.

1695716
Mövlud Çavuşoğlu: “Türkiyə Krımın qanunsuz işğalını tanımayıb və tanımayacaq”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynada keçiriləcək Krım Platforması zirvə toplantısının ərəfəsində verdiyi açıqlamada bu barədə danışıb. Nazir qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyini və Krım Tatarlarının hüquqlarına üstünlük verdiyini göstərmək üçün zirvə toplantısına qatılır. Biz heç vaxt Krımın qanunsuz ilhaqını tanımamışıq və tanımıyacağımızı da hər platformada vurğulayırıq. Ukraynaya dəstək verən digər dost və müttəfiq ölkələr nəzdində də Krımın və Ukraynanın ərazi və sərhəd bütövlüyünün qorunmalı olduğunu səsləndiririk.

Platformanın Krım və Krım Tatarlarının hüquqlarının müdafiəsinə və Ukraynanın sərhəd bütövlüyünün qorunmasına töhfə verəcəyinə inamının güçlü olduğunu ifadə edən Çavuşoğlu, Türkiyə və Ukrayna arasındaki mövcud ikitərəfli əlaqələri daha da irəli pillələrə qardırmağa çalışdıqlarına diqqət çəkib və Oktyabr ayında Ukraynanın Xarici işlər naziri Dimitri Kuleba ilə Birgə Strateji Planlaşdırma yığıncağını keçirmək üzrə bu ölkəyə səfər edəcəyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr