"Hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik"

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) sosial media hesabından etdiyi paylaşmada terror təşkilatı PKK-ya daha bir ağır zərbə vurulduğunu bildirib...

1693963
"Hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik"

 

  İraqın şimalındakı Sincarda bölücü terror təşkilatı PKK-nın 10 üzvü zərərsizləşdirilib.

  Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) sosial media hesabından etdiyi paylaşmada terror təşkilatı PKK-ya daha bir ağır zərbə vurulduğunu bildirib: "İraqın şimalındakı Sincarda təsbit edilən 10 PKK terrorçusu təşkil edilən hava hərəkatı ilə zərərsizləşdirilidi. Harada olsalar olsunlar, terrorçuların hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik."

  Ölkə içində də terror təşkilatına zərbə üstünə zərbə vurulur. Daxili işlər naziri Süleyman Soylu “twitter”dən etdiyi şərhdə yazıb: “Uzun zamandır izlənilən 8 terrorçu Hakkari Cilo Alandüzdə zərərsizləşdirildi.

  “Eren-7” çərçivəsində də Tunceli-Hozat qəsəbəsinin Dağyurdu məhəlləsi çölündə 1 terrorçu silahıyla birlikdə təsirsiz hala gətirilib.



Әlaqәli Xәbәrlәr