Avropa İttifaqı Türkiyənin də peyvənd sertifikatını tanıma qərarı verdi

Qərar 20 avqustdan etibarlıdır

1694079
Avropa İttifaqı Türkiyənin də peyvənd sertifikatını tanıma qərarı verdi

 

  Avropa İttifaqı aralarında Türkiyənin də olduğu 3 ölkənin yeni tip koronavirus (Covid-19) peyvənd sertifikatlarının tanınmasına qərar verdi.

  Aİ Komissiyası Türkiyə, Şimali Makedoniya və Ukraynanın tətbiq etdiyi “Covid-19” peyvənd sertifikatlarına "bərabərlik" verilməsi qərarı alındığını açıqladı. Qərar 20 avqustdan etibarlıdır.

  Üç ölkənin Aİ peyvənd sertifikatı sisteminə bağlanacağı, verdikləri sertifikatların Aİ Rəqəmsal Kovid Sertifikatı ilə eyni şərtləri daşıyacağı və Avropa İttifaqı ölkələrində qəbul ediləcəyi bildirilir. Bu ölkələr də Aİ-nin verdiyi peyvənd sertifikatını tanıyacaq, yəni tətbiqlə qarşılıqlı şəkildə etibarlı səyahət reallaşdırılması asanlaşacaq.

  İkinci doza peyvəndi tamamlamış adamlar Kovid-19 Peyvənd Kartını e-Nabız üzərindən və ya HES (Hayat Eve Sığar) tətbiqi ilə təmin edə bilir.

  Peyvənd sertifikatı ad, soyad, Türkiyə cümhuriyyəti şəxsiyyət vəsiqəsi nömrəsi, doğum tarixi, tətbiq olunan peyvəndlərin növləri, istehsalçıları və peyvənd edilmə tarixləri kimi məlumatları əks etdirir.

  Qeyd edək ki, Aİ-nin epidemiya zamanı səyahətləri asanlaşdırmaq üçün hazırladığı peyvənd sertifikatı tətbiqi 1 iyuldan qüvvəyə minib. Sertifikatla ABŞ təsdiqli “Covid-19” peyvəndlərindən “BioNTech-Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson and Johnson” vurulmuş olan və son dozanın üzərindən 2 həftə keçmiş adamlardan səyahətlərdə əlavə test istənilmir və ya məhdudlaşdırmalar tətbiq olunmur.

  Səyahətlərdə nəzarət edilən peyvənd sertifikatı bütün Aİ ölkələriylə yanaşı, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə etibarlıdır.



Әlaqәli Xәbәrlәr