“Türkiyə qlobal əlaqələrə şəkil verən bir ölkədir", A.Əhməd

Təkbətək və heyətlərarası görüşlərdən sonra hər iki ölkənin başçısı təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər

1693494
“Türkiyə qlobal əlaqələrə şəkil verən bir ölkədir", A.Əhməd

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) Efiopiyadakı bütün məktəblərinin Maarif Fonduna təhvil verildiyini bildirdi.

  Türkiyədə rəsmi səfərdə olan Efiopiyanın baş naziri Abiy Əhməd Prezidentlik Aparatı iqamətgahında rəsmi mərasimlə qarşılanıb.

  Mərasimdən sonra təkbətək və heyətlərarası görüşlər keçirilib. Daha sonra hər iki ölkənin başçısı təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

  R.T.Ərdoğan deyib: “Efiopiya ilə dostluq və həmrəylik təməlində inkişaf edən əlaqələrə yeni bir sürət qazandırdıq. Görüşlərimizdə regional və ikitərəfli əlaqələri müzakirə etdik.

  Efiopiyanın sülh, əmin-amanlıq və suverenliyi Türkiyə üçün əhəmiyyətlidir. Mövcud problemlərin təmkin çərçivəsində həllə qovuşdurulmasının tərəfdarıyıq. Ölkədə vəziyyət pisləşincə yaşanan mənfiliklər bütün bölgə xalqlarına təsir edir.

  FETÖ-nün Efiopiyadakı bütün məktəblərinin ötən həftə Türkiyə Maarif Fonduna verilməsindən məmnunluq duyuruq.

  Efiopiya və Sudan arasındakı Faşaqa ixtilafı ilə bağlı isə onu deyə bilərəm ki, bu mövzuda biz vasitəçi olmaq və daxili problemlərin dostcasına həlli üçün hər cür qatqı verməyə hazırıq."

  Efiopiyanın baş naziri Abiy Əhməd də öz növbəsindəki çıxışında ölkəsinin Türkiyə ilə dostluğuna və ortaqlığına son dərəcə əhəmiyyət verdiyini bildirərək "Türkiyə beynəlxalq arenada təsirli və eyni zamanda, qlobal əlaqələrə şəkil verən bir ölkədir" deyib.



Әlaqәli Xәbәrlәr