Ərdoğan Əfqanıstanla bağlı açıqlama verdi

Bir sıra özəl telekanalların canlı verilişində gündəmlə bağlı mövzulardan danışan Ərdoğan deyib...

1693542
Ərdoğan Əfqanıstanla bağlı açıqlama verdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Əfqanıstandakı hərbi varlığının yeni rəhbərliyin də beynəlxalq sahədə əlini gücləndirib işini asanlaşdıracağını söylədi.

  Bir sıra özəl telekanalların canlı verilişində gündəmlə bağlı mövzulardan danışan Ərdoğan deyib: “Taliban idarəçilərini qəbul edə biləcəyimizi daha əvvəl də söyləmişdik. Bu gün də fikrimizi müdafiə edirik. Talibanın ölçülü və mülayim şərhlərini biz də məmnuniyyətlə qarşılayırıq.

  Əfqanıstan xalqının əmin-amanlığı, bu ölkədə yaşayan türk soydaşlarımızın salamatlığı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq.

  Əfqanıstandakı Türkiyə əsgərləri heç bir zaman muharibə gücü olaraq xidmət göstərmədi. Əsgərlərimizi orada əsla xarici bir güc olaraq görmədik, istifadə etmədik.

  Türkiyənin Əfqanıstandakı hərbi varlığı yeni rəhbərliyin də beynəlxalq sahədə əlini gücləndirəcək və işini asanlaşdıracaq. Hamid Karzai Havalimanının təhlükəsizliyi yeni reallıqlara görə planlarımızda dəyişiklik tələb edir, buna görə görüşlərimizi davam etdiririk.

  Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis günündə Əfqanıstanın yanında olmaq həm əhdə vəfa, həm də qardaşlığımıza görə lazımdır.”

  Xatırladaq ki, Əfqanistanda avqustun 15-ində (2021) paytaxt Kabil və ətrafını mühasirəyə alan Taliban dövlət başçısı Əşrəf Qaninin ölkəni tərk etməsi və hökumət güclərinin də ayrılmasıyla şəhəri tamamilə nəzarətinə alıb.



Әlaqәli Xәbәrlәr