Türk Hava Yollar aviaşirkəti bu ölkəyə uçuşları dayandırdı

Bununla bağlı şirkətdən açıqlama verilib

1691793
Türk Hava Yollar aviaşirkəti bu ölkəyə uçuşları dayandırdı

 

  Talibanın Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan etməsindən sonra Türk Hava Yolları aviaşirkəti bu ölkəyə olan uçuşları dayandırıb. Bununla bağlı şirkətdən açıqlama verilib.

  Qeyd edilib ki, Talibanın Əfqanıstanın bütün ərazisini nəzarətə götürməsindən sonra əhali ölkədən qaçmağa çalışır.

  Yaranan gərginliklə əlaqədar olaraq Türk Hava Yollar aviaşirkəti bu istiqamətə olan reyslərin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edib. Yalnız Əfqanıstanda olan Türkiyə vətəndaşlarının təxliyəsi üçün xüsusi çarter reysləri göndəriləcək.



Әlaqәli Xәbәrlәr