Qara dəniz sel fəlakətindən həyatını itirənlərin sayı artır

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib

1691758
Qara dəniz sel fəlakətindən həyatını itirənlərin sayı artır

 

  Türkiyənin Qara dəniz bölgəsində sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artır. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

  Ölənlərin 60-ı Kastamonu, 9-u Sinop, 1-i isə Bartın sakinidir. Bu 3 rayonda axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

  Hazırda Kastamonuda 4526, Sinopda 2492 və Bartında isə 1067 nəfər olmaqla səkkiz mindən artıq canlı qüvvə və çox sayda ağır texnika axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işlərində iştirak edir.



Әlaqәli Xәbәrlәr