Türkiyə peyvəndinin 2-ci mərhələsi müvəffəqiyyətlə tamamlandı

Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən verilən məlumata görə...

1690828
Türkiyə peyvəndinin 2-ci mərhələsi müvəffəqiyyətlə tamamlandı

 

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank 1-ci mərhələsində özünün də könüllü olduğu virus bənzəri parçacıqlara söykənən (VLP) peyvəndin 2-ci mərhələsinin uğurıa tamamlandığını bildirdi.

  Nazirlikdən verilən məlumata görə, Orta Şərq Texniki Universitetindən (ODTÜ) professor Mayda Gürsel ilə Bilkent Universitetindən İhsan Gürsel ailəsinin ortaq layihəsi olaraq inkişaf etdirilən VLP peyvəndində növbəti mərhələ də geridə qalıb.

  Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı - TÜBİTAK "Covid-19” Türkiyə Platforması damı altında icra edilən VLP peyvəndinin klinika araşdırmasının 2-ci mərhələsi müvəffəqiyyətlə başa çatıb.

  Sözügedən mövzu ilə bağlı nazir M.Varank deyib: "Dünyada tətbiq olunan və ya hələ üzərində çalışılan müxtəlif peyvəndlər var. Bunlardan bəziləri yenilikçi texnologiya əsasında hazırlanır. VLP peyvəndi də inovatif üsulla inkişaf etdirilən peyvəndlərdən biridir.

  Dünyada klinika mərhələsinə gəlmiş 5 VLP peyvənd var. Bunlardan ikisi Kanada, biri Hollandiya, biri isə Hindistan, ABŞ və İngiltərənin ortaq işidir. Bu 5 peyvənddən biri də Mayda və İhsan Gürsellərin çalışmasıdır.

  Yerli VLP peyvəndi böyük potensiala malikdir. Biz də nazirlik olaraq bu potensiala inandıq. 27 martda ilkin klinika sınaqları başlayan 1-ci mərhələdə TÜBİTAK-ın sədri Həsən Mandal ilə birlikdə könüllü olduq.

  VLP peyvəndində 1-ci mərhələdən sonrakı 2-ci mərhələsi də müvəffəqiyyətlə tamamlandı. Sentyabrda yerli VLP peyvəndinin 3-cü mərhələsinə başlamağı planlayırıq. Bu vaxta qədər hər hansı bir tərəf əks-təsir və ya neqativ halla qarşılaşmayıb.

  İnsan üzərində sınaqların 3-cü mərhələsində daha çox könüllüyə ehtiyacımız olacaq”.



Әlaqәli Xәbәrlәr