Türkiyənin milli müdafiə naziri Pakistanda səfərdədir

Söhbətlər zamanı iki ölkə arasındakı hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahələrindəki əməkdaşlıq məsələləri, Əfqanıstandakı son proseslər və regional mövzular müzakirə olunur

1688917
Türkiyənin milli müdafiə naziri Pakistanda səfərdədir

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistan Quru Qüvvələri komandiri general Qamar Caved Bacva (Qamar Javed Bajwa) ilə görüşüb.

  Pakistanda rəsmi səfərdə olan H.Akar paytaxt İslamabadda ilk olaraq ölkənin quru qüvvələri komandiri general Q.C.Bacva ilə bir araya gəlib. Sonra fəxri qonaq şərəfinə verilən axşam ziyafətində iştirak edib.

  Türkiyənin müdafiə naziri avqustun 11-də həmkarı Pervez Xattak (Pervez Khattak) və müdafiə sənayesi naziri Zobaida Calal ilə ayrı-ayrılıqda görüşəcək.

  Qeyd edək ki, söhbətlər zamanı iki ölkə arasındakı hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahələrindəki əməkdaşlıq məsələləri, Əfqanıstandakı son proseslər və regional mövzular müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr