Türkiyə Əlcəzairə başsağlığı verib

Türkiyə Əlcəzairdəki meşə yanğınları nəticəsində ölənlərlə bağlı bu ölkəyə başsağlığı verib.

1689224
Türkiyə Əlcəzairə başsağlığı verib

Türkiyə Əlcəzairdəki meşə yanğınları nəticəsində ölənlərlə bağlı bu ölkəyə başsağlığı verib. 

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada "Əlcəzairin bir çox şəhərində davam edən meşə yanğınlarında mülki vətəndaşların və təxliyə əməliyyatlarına qatılan 25 əsgərin həyatını itirdiyinin kədərlə öyrənildiyi" vurğulanıb.

Açıqlamada "Yanğınlarda həyatını itirənlərə Allahdan rəhmət diləyir, dost və qardaş Əlcəzair xalqına və hökumətinə başsağlığı veririk" ifadəsindən istifadə edilib.

Qeyd edək ki, Əlcəzair hökuməti ölkədəki meşə yanğınlarında  25-i əsgər olmaqla 42 nəfərin öldüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr