Terror təşkilatı PKK/YPG üzvü daha üç terrorçu məhv edilib

İraqın şimalında yerləşən Qarada 2, Suriyanın Sülh Bulağı Əməliyyatı bölgəsində isə 1 terrorçu zərərsizləşdirilib.

1686769
Terror təşkilatı PKK/YPG üzvü daha üç terrorçu məhv edilib

Milli Müdafiə Nazirliyinin (MMN) sosial media hesabında paylaşılan açıqlamada, terrorla mübarizənin təsirli və qətiyyətlə davam etdiyinə diqqət çəkilib. Açıqlamada qeyd edilib ki, İraqın şimalında yerləşən Qarada PKK üzvü 2 terrorçu, Suriyadakı Sülh Bulağı Əməliyyatı bölgəsinə sızmağa çalışan bir PKK/YPG üzvü quldur zərərsizləşdirilib. Terror təşkilatı PKK -dan qaçan bir terrorçu isə sərhəddə təhlükəsizlik qüvvələrinə təslim olub.



Әlaqәli Xәbәrlәr