Türkiyəyə başsağlığı və dəstək mesajları gəlməkdə davam edir

Sosial şəbəkələrdə Türkiyəyə mənəvi dəstək ifadə edilib.

1684345
Türkiyəyə başsağlığı və dəstək mesajları gəlməkdə davam edir

Güney Azərbaycanın müxtəlif bölgələrində yaşayan soydaşlar sosial şəbəkələrdə aksiya keçirib, Türkiyəyə mənəvi dəstəyini ifadə ediblər.

Urmu şəhərində bir sıra azərbaycanlılar müxtəlif şüar və plakatlar, mesajlar yayaraq Türkiyəyə həmrəylik ifadə edib,  bu olaydan üzüldüklərini bildiriblər.

Plakatlarda “Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar. Başın sağ olsun Türkiyə” məzmunlu şüarlar yazılıb.

Yanğınlarda həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı verilib, Türkiyədə başladılan ağac əkmə kampaniyasına da dəstəklərini dilə gətiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasından da yanğınla əlaqədar Türkiyəyə yardımlar edilib.

Ölkə prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi məqsədilə ötən gün Fövqəladə Hallar Nazirliyinin 220 nəfər əməkdaşı Türkiyəyə gəlib. 

Qırğızıstan, İsvəç və İsrail başsağlığı verərək, həmrəylik mesajları göndəriblər.

Avropa İttifaqı Komissiyası isə Türkiyədə çıxan yanğınlarla mübarizəyə dəstək üçün 3 yanğınsöndürmə təyyarəsi göndəriləcəyini bildirib.

Qətər Əmiri Şeyx Tamim bin Hamed Al Taninin tapşırığı ilə Qətər daxili Təhlükəsizlik Qüvvələrinə bağlı Beynəlxalq Xilasetmə qrupundan bir heyət də Türkiyəyə yola düşüb.



Әlaqәli Xәbәrlәr