Türkiyә vә Rusiya prezidentlәri arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin  arasında telefon danışığı olub.

1683247
Türkiyә vә Rusiya prezidentlәri arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin  arasında telefon danışığı olub.

Kremldәn verilәn mәlumata görә, liderlәr  Türkiyәdә baş verәn meşә yanğınlarını müzakirә ediblәr.

“Telefon danışığı zamanı bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Vladimir Putin yanğınların söndürülməsi üçün Türkiyəyə hərtərəfli yardım göstərməkdə davam edəcəyini bildirib”, - deyә Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Söhbәt zamanı ikitәrәfli münasibәtlәr dә müzakirә olunub, hәmçinin iyulun 30-da Moskvada keçirilәn Türkiyә-Rusiya Hökumәtlәrarası İqtisadi Komissiyanın iclasının  müsbәt keçdiyi vurğulanıb.

Tәrәflәr hәmçinin  ticarәt, iqtisadiyyat, energetika vә digәr sahәlәrdә әldә olunan müqavilәlәrin hәyata keçirilmәsi üçün fәaliyyәtlәrin davam etdirilmәsi ilә bağlı görüşlәrin müxtәlif sәviyyәlәrdә aparılması mәsәlәsindә razılıq әldә ediblәr.

 



Әlaqәli Xәbәrlәr