Yunanıstan tərəfdən Türkiyə sularına qovulan 388 miqrant xilas edilib

Yunanıstan tərəfdən Türkiyənun ərazi sularına qovulan 388 qaçqın xilas edilib.

1680621
Yunanıstan tərəfdən Türkiyə sularına qovulan 388 miqrant xilas edilib

Yunanıstan tərəfdən Türkiyənin ərazi sularına qovulan 388 qaçqın xilas edilib.

Sahil Təhlükəsizlik Komandirliyi qrupları 17-20 iyul tarixlərində İzmirin Dikili sahillərində  Yunanıstan sahil təhlükəsizlik qrupları tərəfindən Türkiyə sularına itələnən 78 qaçqını xilas edib.

Sahil Təhlükəsizlik Komandirliyi qrupları tərəfindən 18-21 iyul tarixlərində Səfərihisar sahillərində Yunanıstan tərəfindən Türkiyə sahillərinə qovulan ümumilikdə 217 miqrant xilas olunub.

22 iyulda da Foça bölgəsi sahillərində Türkiyə sahillərinə qovulan 26 qaçqın xilas edilib. Çeşme rayonunda yelkənli qayıqda kömək istəyən 67 xarici vətəndaş xilas edilmişdir.
Xilas olunan ümumilikdə 388 qaçqın prosedurdan sonra İzmir Miqrasiya İdarəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr