Hulusi Akar: "Şəhidlərin qanı yerdə qalmadı"

Hulusi Akar Suriyada "Fərat qalxanı" əməliyyatı bölgəsindəki hücumda şəhid olan 2 əsgərin qanının yerdə qalmadığını və 12 terrorçunun zərərsizləşdirildiyini bildirib.

1680588
Hulusi Akar: "Şəhidlərin qanı yerdə qalmadı"

Milli müdafiə naziri Hulusi Akar Suriyada "Fərat qalxanı" əməliyyatı bölgəsindəki hücumda şəhid olan 2 əsgərin qanının yerdə qalmadığını və 12 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Nazir Akar müşayiətindəki Baş qərargah rəisi general Yaşar Güler və Quru Qoşunları komandanı general Ümit Dündar ilə birlikdə Suriyanın şimalındakı birliklərin göndərildiyi və idarə olunduğu sərhəd xəttində yoxlama və tədqiqatlar aparıb. 

Sərhəddən kənardakı qoşun komandanları ilə görüşən və sahədəki son vəziyyət barədə məlumat alan Akar bir sıra təlimat da verib.

Hulusi Akar terrorçuların "Fərat qalxanı" əməliyyatı bölgəsində terrorçuların təşkil etdiyi hücumda iki şəhid verildiyini xatırladaraq, "Heç bir şəhidimizin qanını yerdə qoymadığımız kimi xain hücumdan sonra lazımi əməliyyatları həyata keçirdik. İndiyə qədər ümumilikdə 12 terrorçu zərərsizləşdirildi. İnanırıq ki, bu say yaxın günlərdə artacaq" deyib.

İraqın şimalında terrorla mübarizənin qətiyyətlə davam etdiyini ifadə edən Akar, bölgədəki hər yeri terrorçulara dar etdiklərini vurğulayaraq, bunları söyləyib: “24 iyul 2015-ci ildən bu yana ümumilikdə 18 min 292 terrorçu zərərsizləşdirildi. Bu ilin əvvəlindən bəri İraqın şimalındakı əməliyyatlar nəticəsində 1581 terrorçu zərərsizləşdirilib. Tək hədəfimiz terrorçulardır. Bu mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”.

Akar "YPG PKK-ya bərabərdir" deyərək aralarında heç bir fərq olmadığını qeyd edib: “Onların birlikdə olduqlarını, eyni olduqlarını görməmək üçün kor olmaq lazımdır. Bu mənada müttəfiqlərimizin gözlərini açmasını, bunu görməsini və bu korluqdan xilas olmasını gözləyirik” .



Әlaqәli Xәbәrlәr