Türkiyə: iki şəhid, iki yaralı

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumatda bildirilir...

1679888
Türkiyə: iki şəhid, iki yaralı

 

  Suriyanın əl-Bab bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvləri tərəfindən edilən hücumda Türkiyənin iki əsgəri şəhid oldu, ikisi yaralandı.

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumatda bildirilir: "Fərat Qalxanı bölgəsində zirehli maşınımıza terrorçular tərəfindən edilən hücumda iki qəhrəman silahdaşımız şəhid oldu, ikisi yaralandı… Hücumdan sonra bölgədəki terror hədəfləri təyin olunaraq dərhal atəş cavabı verilib”.

  Nazirlikdən edilən digər bir şərhdə isə yazılır: "Fərat Qalxanı bölgəsində iki qəhrəman silahdaşımızı şəhid edən terrorçular arasıkəsilmədən verilən cavab atəşləri ilə susdurulmuş, sərrast nişanlar sayəsində mövqeləei yerlə-yeksan edilmiş və ilkin təyinetmələrə görə, ən az 7 terrorçunun zərərsizləşdirilyi təsbit olunmuşdur.

  Şəhidlərin qanı yerdə qalmayacaq. Əməliyyatlar davam edir.”

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid olan iki əsgərin ailəsinə başsağlığı verib, diləklərini çatdırıb.

  Qeyd edək ki, Fərat Qalxanı bölgəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən 2016-cı il avqust  - 2017-ci il mart dövründə təşkil edilən hərəkatla terrordan təmizlənib.



Әlaqәli Xәbәrlәr