Türkiyə qapalı Maraşın açılmasına dair açıqlamalara reaksiya verdi

Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) və müxtəlif ölkələrin Maraşla bağlı atılan addımlar ilə əlaqədar verdiyi açıqlamalarına reaksiya göstərdi.

1679321
Türkiyə qapalı Maraşın açılmasına dair açıqlamalara reaksiya verdi

Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) və müxtəlif ölkələrin Maraşla bağlı atılan addımlar ilə əlaqədar verdiyi açıqlamalarına reaksiya göstərdi.

Xarici İşlər Nazirliyi Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar tərəfindən 20 iyulda açıqlanan Maraşın açılmasının ikinci mərhələsi barədə BMT Təhlükəsizlik Şurası tərəfindən yayılan "Sədrlik Açıqlaması" ilə "müxtəlif ölkələrin verdikləri açıqlamalara", "Adadakı həqiqətlərlə üst-üstə düşməyən və əsassız iddialara əsaslanan açıqlamaları tamamilə rədd edirik və KKTC-nin verdiyi cavablarla tamamilə həmfikirik" ifadəsi ilə reaksiya vermişdir. 

"Bu açıqlamalar Maraşın KKTC ərazisi olmadığı, KKTC-nin Maraş'dakı mülkləri ələ keçirəcəyi və mülk sahiblərinin mülkiyyət hüquqlarına qarşı buraya sakinlər gətirəcəyi kimi əsassız iddialara və Rum-Yunan qara təbliğatına əsaslanır" ifadəsindən istifadə edilən açıqlamada, Maraşın KKTC ərazisi olduğu və KKTC səlahiyyətlilərinin xoşməramlı yanaşması çərçivəsində vaxtında məskunlaşmaya açılmadığı və hərbi bölgə elan edildiyi xatırladılıb.

Açıqlamada KKTC hökumətinin 47 ildir bağlanmış və indi ətraf mühit üçün təhlükə yaratmağa başlayan Maraşın iki əsas küçəsini və çimərliyini açdığı və nəhayət Maraşın 3,5 faizinə bərabər olan pilot bölgənin hərbi bölgə statusunu qaldırdığı vurğulanıb.

"KKTC səlahiyyətliləri tərəfindən Maraş təşəbbüsü çərçivəsində qəbul edilən bütün qərarların mülkiyyət hüquqlarına hörmət çərçivəsində və beynəlxalq hüquqa tam uyğun olduğu" vurğulayan açıqlamada "İddianın əksinə olaraq, BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması və BMT Təhlükəsizlik Şurasının qərarlarının mülkiyyət və suverenlik hüquqlarının üzərində olmadığı" qeyd edilib. 

Açıqlamada "Prezident Rəcəb Tayyib Ərdoğanın dilə gətirdiyi kimi bu addımlarla Maraşda yeni şikayətlər meydana gəlməyəcəyi və mövcud şikayətlərin hər kəsin xeyrinə aradan qaldırılacağı" bildirilib.

"Digər tərəfdən, BMT Təhlükəsizlik Şurası təəssüf ki, Kıbrıs məsələsində də sahədəki həqiqətləri görməməkdə israrlıdır. Türk tərəfinin xoşməramlılığına baxmayaraq, on illərdir davam edən səylər, Kıbrıs Rum rəhbərliyinin inamsız münasibəti səbəbiylə iki bölgəli, iki icmalı bir federal həll yolu tapmasına mane olmuşdur" deyə açıqlamada vurğulanıb.

Bəyanatda Kıbrıs məsələsinin ədalətli, qalıcı və davamlı həlli üçün yeni danışıqların başlanmasının, yalnız Kıbrıs Türk xalqının bərabər suverenliyi və bərabər beynəlxalq statusunun qeydə alınması ilə mümkün olduğu ifadə edilib.

Açıqlamada "Bu anlayışla BMT Təhlükəsizlik Şurasını, Rum-Yunan ikilisinin yalnış təbliğatından qurtulmağa, ayrıca KKTC-nin Maraşla əlaqədar qanuna uyğun olaraq atdığı addımlarını və Cenevrədə təqdim etdiyi konstruktiv və real təklifi dəstəkləməyə dəvət edirik" deyilib.

Açıqlamada davamla bildirilib ki, Kıbrıs Rum tərəfini qanunsuz olaraq Aİ-yə qəbul edən və hətta bu qərarın siyasi olduğunu utanmaz şəkildə söyləyən Aİ-nin və o dövrdə qanunsuzluğu dəstəkləyən bəzi Avropa ölkələrinin indi qanunlardan danışmalarının heç bir dəyəri yoxdur. Bu camaatın bizə bir qanun dərsi keçməyə çalışması isə qəribədir.

Bu qrupu və beynəlxalq ictimaiyyəti adadakı həqiqətlərlə bir daha üzləşməyə, Kıbrıs Türk xalqına etdikləri haqsızlığa son qoymağa, Kıbrıs Türk xalqının iradəsinə və 1960-ci ildə sahib olduqları suveren bərabərliyə və bərabər statusa hörmət göstərməyə çağırırıq.



Әlaqәli Xәbәrlәr