Prezident Rəcəb Tayyib Ərdoğan Ərzurum Konqresinin 102-ci ildönümü münasibətilə mesaj yayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ərzurum Konqresinin 102-ci ildönümü və Hatayın ana vətən Türkiyəyə qovuşmasının 82-ci ildönümü münasibətilə iki ayrı mesaj yayıb.

1679351
Prezident Rəcəb Tayyib Ərdoğan Ərzurum Konqresinin 102-ci ildönümü münasibətilə mesaj yayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ərzurum Konqresinin 102-ci ildönümü və Hatayın ana vətən Türkiyəyə qovuşmasının 82-ci ildönümü münasibətilə iki ayrı mesaj yayıb.

Ərdoğan Ərzurum Konqresinin ildönümü münasibətilə yayımladığı mesajda millətin, vətəninin bölünməzliyinə və müstəqilliyinə inamını qətiyyətlə nümayiş etdirdiyi Ərzurum Konqresinin Milli mübaribənin istiqamətini müəyyənləşdirmək baxımından tarixi əhəmiyyətə malik olduğunu bildirib. 

Ərzurum Konqresində millətin hər cür işğal və müdaxiləyə qarşı birlik və həmrəylik içində müdafiə və mübarizə iradəsini bütün dünyaya elan etdiyini vurğulayan dövlət başçısı bunları deyib:

" Ərzurumda qəbul edilən milli konsensus xüsusiyyəti daşıyan qərarlarla İstiqlal Müharibəsini Böyük Zəfərə aparan yolun ilk addımları atılmışdır. Milli Mübarizə illərində özünü göstərən bu yüksək şüur ​​və iradə, yenə də bu gün bizə rəhbərlik edir və güc qatır. Tariximizdən götürdüyümüz ilhamla birlik və həmrəylik içində gələcəyə inamla addımlamağa və böyük və qüdrətli bir Türkiyə üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik. Ərzurum Konqresininin ildönümündə başda Qazi Mustafa Kamal olmaqla müstəqillik uğrunda mübarizəmizin bütün qəhrəmanlarını hörmət və minnətdarlıqla yad edir, bütün vətəndaşlarımı ən ürəkdən duyğularımla salamlayıram".

"Əsrlər boyu qədim mədəniyyətlərə ev sahibliyi edən qardaşlıq və tolerantlıq mərkəzi olan Hatayın ana vətən Türkiyənin tərkib hissəsinə qatılma qərarı milli birliyimizi və bütövlüyümüzü gücləndirdi. Ortaq dəyərlərimiz ətrfında birliktə keçmişdə olduğu kimi bu gün də gələcəyə eyni əzm və qətiyyətlə addımlayırıq"deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr