"Açıqlama Aİ-nin Kıbrıs mövzusunda həqiqətlərdən nə qədər uzaq olduğunu sübut edir", T.Bilgiç

Türkiyə Avropa İttifaqını (Aİ)  Kıbrıs (Kipr) mövzu ilə bağlı faktlarla əlaqəsi olmadığına görə tənqid etdi.

1678105
"Açıqlama Aİ-nin Kıbrıs mövzusunda həqiqətlərdən nə qədər uzaq olduğunu sübut edir", T.Bilgiç

Türkiyə Avropa İttifaqını (Aİ)  Kıbrıs (Kipr) mövzu ilə bağlı faktlarla əlaqəsi olmadığına görə tənqid etdi.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Aİ Komissiyası sədrinin müavini Cozep Borrellin Prezident Rəcəb Tayyib Ərdoğanın Şimali Kıbrıs Türk Respublikasına (KKTC) səfərindən sonra verdiyi açıqlama i lə əlaqədar olaraq,

"Açıqlama Aİ-nin Kıbrıs mövzusunda həqiqətlərdən nə qədər uzaq olduğunu sübut edir" deyib.

Tanju Bilgiç Borrelin yenidən açılmasına qərar verilən Maraşla bağlı açıqlaması ilə əlaqəli suala yazılı cavab verib.

Açıqlamanın ABİhəmrəyliyi adına edildiyini və etibarsız olduğunu ifadə edən Bilgiç bunları söyləyib:

"Prezidentimizin KKTC-yə etdiyi səfərdən sonra Borrellin verdiyi açıqlama Aİ-nin Kıbrısla əlaqəli həqiqətdən nə qədər uzaq olduğunun yeni bir sübutudur. Yalnız Aİ həmrəyliyi naminə edilən və bizim üçün etibarsız olan bu açıqlama Aİ-dəki veto hüququndan sui-istifadə edən Cənubi Kıbrıs Rum icması və Yunanistan sözçülüyünü və vəkilliyin etməkdən başqa heç nə deyildir. Aİ-nin bu yanaşması ilə Kıbrıs məsələsinin həllində hər hansı müsbət rol oynaması mümkün deyil".

Bilgiç Türkiyənin KKTC-nin Maraş məsələsi ilə əlaqədar qərarlarını tam dəstəklədiyini vurğulayaraq, "Bu qərarlar Maraşdakı mülk sahiblərinin hüquqlarının qorunması istiqamətindədir. Prezidentimizin də dediyi kimi, bu qərarlar yeni şikayətlər yaratmayacaq, əksinə köhnə şikayətləri aradan qaldıracaq" ifadələrindən istifadə edib.

T. Bilgiç açıqlamada Aİ-ni Kıbrısdakı gerçəkləri görməyə və "Kıbrıs Türklərini və onların qazandıqları hüquqlara məhəl qoymamaq siyasətinə son verməyə" dəvət edib.



Әlaqәli Xәbәrlәr