Prezident Ərdoğan ŞKTR-na rəsmi səfərə gedir

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına (ŞKTR) sifərə gedir.

1677234
Prezident Ərdoğan ŞKTR-na rəsmi səfərə gedir

Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr departamentindən yayılan məlumata görə Ərdoğan, ŞKTR Prezidenti Ərsin Tatarın dəvətinə görə 19-20 İyul tarixlərində ŞKTR-da rəsmi səfərdə olacaq.

Prezident Ərdoğan ŞKTR-na səfəri çəvəsində bu ölkənin milli Məclisinin Xüsusi iclasında çıxış edəcək. 20 İyul Sülh və Azadlıq Günü münasibətilə keçiriləcək mərasimə qatılacaq.

 Prezident Ərdoğan ilə ŞKTR Prezidenti Tatar arasında baş tutacaq görüşdə, iki ölkə münasibətləri başda olmaqla Şərqi Aralıq dənizində cərəyşan edən proseslər müzakirə ediləcək və “Kipr davası” mövzusunda fikir mübadiləsi aparılacaq. Ərdoğan, Prezident Tatar ilə birlikdə ŞKTR-da həyata keçirilən müxtəlif layihələrin açılışı və təməl atma mərasimlərinə qatılacaq.



Әlaqәli Xәbәrlәr