“Kipr müzakirələrilə bağlı yeni bir müddət olacaqsa…” R.T.Ərdoğan

Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfərindən əvvəl təşkil edilən mətbuat konfransında Ərdoğan Qıbrız türkünün Kipr adasında yarım əsrdən çoxdur ki, bərabərlik və ədalət mücadiləsi apardığını söyləyərək deyib...

1677475
“Kipr müzakirələrilə bağlı yeni bir müddət olacaqsa…” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qıbrızda (Şimali Kipr) bundan sonra yeni bir müzakirə müddəti olacaqsa, bu ancaq iki bərabər və suveren dövlət arasında edilə bilər" deyə vurğulayıb.

  Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfərindən əvvəl təşkil edilən mətbuat konfransında Ərdoğan Qıbrız türkünün Kipr adasında yarım əsrdən çoxdur ki, bərabərlik və ədalət mücadiləsi apardığını söyləyərək deyib: "Qıbrızın başçısı hörmətli Ersin Tatarla milli iddiamız və Şərqi Aralıq dənizindəki proseslərə dair vəziyyəti qiymətləndirəcəyik. Ölkədə ədalətli, qalıcı və davam etdirilən bir gələcək arzulayan bütün tərəflərə bu tarixi fürsəti qiymətləndirməyə çağırıram. Kiprin Türk tərəfi dünyaya kimin sülhdən yana olub-olmadığını dəfələrlə göstərib.

  Türkiyə və türk xalqının hər bir fərdi dünən olduğu kimi bu gün də, sabah da Qıbrız türkünün yanında olmağa davam edəcək.

  Kipr müzakirələrilə bağlı yeni bir müddət olacaqsa, bu ancaq iki bərabər və suveren dövlət arasında edilə bilər.

  Başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən Qıbrıza üst səviyyədə görüşlərin keçirilməsi bizim səylərimizdir."  



Әlaqәli Xәbәrlәr