Türkiyənin yardım təyyarəsi Tunisə çatıb

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə paytaxt Ankaradan yola düşən yardım təyyarəsi Tunisə enib.

1674884
Türkiyənin yardım təyyarəsi Tunisə çatıb

Türkiyənin yeni tip koronavirus (Covid-19) epidemiyası səbəbindən çətin günlər keçirən Tunisə tibbi yardım daşıyan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli nəqliyyat təyyarəsi Kartaca Beynəlxalq Hava Limanına çatıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə paytaxt Ankaradan yola düşən yardım təyyarəsi Tunisə enib.

Tunis Prezidentliyi koronavirusun sürətlə yayılması qarşısında Tunisin yanında olduğuna görə Türkiyəyə təşəkkür və minnətdarlığını bildirib.

Türkiyə Səfirliyindən edilən açıqlamada isə, təyyarənin Tunisə 50 min doza peyvənd, 30 süni respirator və 150 çarpayısı olanr xəstəxana üçün oksigen generatoru ilə 100 min koronavirus testi, 500 min cərrahi maska, 50 min steril əlcək və 100 min birdəfəlik istifadə edilən əlcək daşıdığı bildirilib. 
Açıqlamada "Dost və qardaş ölkələr olaraq Türkiyə və Tunis hər şərtdə birlik içindədir. Bu həmrəylik iki xalq arasındakı tərəfdaşlığımız və dostluğumuzun təməlində yer almaqdadır" deyilib.



Әlaqәli Xәbәrlәr